Mirzə Əliyev

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi

Qəbul günləri

1986-cı ildə Bakı şəhərində doğulub.

Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib.

İtaliyada Türin Universitetində doktorluq dərəcəsinə yiyələnib.

BMT Beynəlxalq Əmək Təşkilatının Bakı və Cenevrə ofislərində layihələr üzrə menecer, “Holcim Azərbaycan”, Kapital Bank, “Azərbaycan Dəmir Yolları” şirkətlərində müxtəlif şöbələrdə rəhbər vəzifələrdə işləyib.

Namiq Məmmədov

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini

Qəbul günləri

1979-cu ildə Tovuz rayonunda doğulub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat peşə istiqaməti üzrə iqtisadi kibernetika sahəsində bakalavr və magistr dərəcələrinə yiyələnib.

Təhsil Problemləri İnstitutu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə və alt-qurumlarında rəhbər vəzifələrdə çalışıb.

Əmir Əmirli

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini

Qəbul günləri

1990-cı ildə Sumqayıt şəhərində doğulub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bakalavr dərəcəsi üzrə bitirib, İngiltərənin Esseks Universitetində maliyyə və mühasibatlıq üzrə magistr dərəcəsi alıb.

PWC-Azərbaycan (“Praysvoterhauskupers”) MMC və HLB Azərbaycan şirkətlərində audit asistenti, Azərbaycan Dövlət Neft Şirkətində iqtisadçı və aparıcı iqtisadçı, “SOCAR Uniper” MMC-də maliyyə direktoru vəzifələrində çalışıb.