Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi

Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi 21 iyun 1962-ci ildə yaradılmışdır. O zamandan bəri agentlik Koreyanın ixracyönümlü iqtisadiyyatının sürətli inkişafına təkan vermişdir. KOTRA iki əsas istiqamətdə- ticarət və investisiyaların təşviqi istiqamətində mövcud olan vəzifələri həyata keçirmək üçün effektiv xarici nümayəndəliklər sisteminə malikdir. Ətraflı

Layihələrin Sayı: 0

Layihələrin Ümumi Büdcəsi: mln ABD

XƏBƏRLƏR

İCMAL

Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi 21 iyun 1962-ci ildə yaradılmışdır. O zamandan bəri agentlik Koreyanın ixracyönümlü iqtisadiyyatının sürətli inkişafına təkan vermişdir.

KOTRA iki əsas istiqamətdə- ticarət və investisiyaların təşviqi istiqamətində mövcud olan vəzifələri həyata keçirmək üçün effektiv xarici nümayəndəliklər sisteminə malikdir.

KOTRA uzunmüddətli fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi zəngin təcrübə və yüksəkixtisaslı kadrlarının sayəsində asanlıqla dünyanın hər bir nöqtəsində etibarlı biznes tərəfdaşlarını tapa bilər. Agentlik qeyd olunan nəticələrə ticarətin təşviqi üzrə geniş fəaliyyət göstərərək, eyni zamanda xarici bazarları araşdıraraq nail olur.

 

Azərbaycan ilə əməkdaşlıq

Koreya Biznes Mərkəzi Bakıda 2008-ci ildə açılmışdır. Bu illər ərzində mərkəz Azərbaycan və Gürcüstanın iş adamları ilə uğurlu biznes əlaqələr şəbəkəsi yaratmışdır. Adıçəkilən iki ölkənin bazarlarının araşdırılması Koreya şirkətlərinə  Cənubi Qafqaz regionunda iqtisadi vəziyyəti və imkanları aydın görmək üçün lazımi köməkliyi göstərir.

Bakıdakı Koreya Biznes Mərkəzi Koreya və Azərbaycan şirkətləri arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə bir sıra proqramlar təklif edir:

  • Koreyada biznes tərəfdaşlarının axtarışı;
  • Ticari missiyalar çərçivəsində Azərbaycanlı iş adamlarının Koreya şirkətləri ilə işgüzar danışıqlarının təşkili;
  • Koreya şirkətləri ilə əməkdaşlığın təşkilində yardım göstərilməsi;
  • Koreya şirkətlərinə informasiya xidmətlərinin göstərilməsi: Bazarların araşdırılması, Azərbaycan bazarındakı perspektiv Koreya məhsullarının qiymətləndirilməsi, Koreya və Azərbaycan şirkətləri arasında vasitəçilik;
  • Koreyada təşkil olunan Müxtəlif sərgilərdə və ticari missiyalarda iştirak etmək arzusunda olan Azərbaycan şirkətlərinə hərtərəfli dəstək

MƏLUMAT BAZASI