Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Yaponiya hökuməti adından inkişaf etməkdə olan ölkələrdə iqtisadi və sosial inkişafı dəstəkləyən müstəqil agentlikdir. JICA 2003-cü il oktyabrın 1-də təsis edilmişdir. Baş ofisi Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. JICA-ya sədrliyi 2012-ci ilin aprelin 1-dən etibarən ... Ətraflı

Layihələrin Sayı: 0

Layihələrin Ümumi Büdcəsi: mln ABD

XƏBƏRLƏR

İCMAL

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Yaponiya hökuməti adından inkişaf etməkdə olan ölkələrdə iqtisadi və sosial inkişafı dəstəkləyən müstəqil agentlikdir. JICA 2003-cü il oktyabrın 1-də təsis edilmişdir. Baş ofisi Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. JICA-ya sədrliyi 2012-ci ilin aprelin 1-dən etibarən Tokio Universitetinin vitse-Prezidenti  Prof. Tanaka Akihiko həyata keçirir.

2008-ci ilin oktyabr ayında Yaponiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Bankı və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi birləşdikdən sonra JICA texniki yardımlarla yanaşı güzəştli kreditlərin ayrılması fəaliyyətini də həyata keçirir.

Yaponiyanın inzibati islahatları nəticəsində Hökumətin xüsusi dövlət institutundan müstəqil inzibati instituta çevrilmiş JICA Yaponiyanın ODA (Official Development Assistance – Rəsmi İnkişaf Yardımı) proqramı çərçivəsində inkişaf etməkdə olan ölkələrə kənd təsərrüfatı, sosial infrastrukturun inkişafı, su və enerji təchizatı üzrə maliyyə yardımı göstərir.

Hazırda JICA 150-dən çox ölkədə fəaliyyət göstərir, 97 ölkədə əlaqələndirmə ofisi vardır.

JICA Azərbaycanla əməkdaşlığa 1996-cı ildən başlamışdır. JICA-nın Azərbaycanda Korrespondent ofisi 2009-cu ilin sentyabr ayından fəaliyyət göstərir.

MƏLUMAT BAZASI