BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 1945-ci ildə yaradılmışdır. FAO əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ... Ətraflı

Layihələrin Sayı: 7

Layihələrin Ümumi Büdcəsi: 2,752 mln ABD

2,752

XƏBƏRLƏR

21-12-2016

FAO AZƏRBAYCANA ROTTERDAM KONVENSİYASINA QOŞULMAQDA YARDIM EDİR

Bugün “Hilton” mehmanxa- nasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, IDEA İctimai Birliyinin, elmi-tədqiqat institutlarının və kimya sənayesinin nümayəndələrinin iştirakı ilə “Kimyəvi təhlükəsizlik üzrə səylərin birləşdirilməsi: Rotterdam Konvensiyasının ratifikasiyası istiqamətində addımlar” mövzusunda məsləhətləşmə iclası keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd maraqlı tərəflərin iştirakı ilə  sözügedən konvensiyanın ratifikasiyasına köməklik göstərmək, o cümlədən Azərbaycanda kimyəvi təhlükəsizlik üzrə səylərin birləşdirilməsindən ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev açılış nitqində bildirmişdir ki, “Beynəlxalq ticarətdə pestisidlərin və müxtəlif təhlükəli kimyəvi maddələrin insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin aradan qaldırılması məqsədilə, Rotterdam Konvensiyasına üzv dövlətlər ümumi səylərini birləşdirir, bu tip maddələrin idxal və ixrac əməliyyatlarına dair qərarların qəbul edilməsini tənzimləmək üçün məlumatların müvafiq əməliyyatlardan öncə tərəflərə çatdırılmasını təmin edir ki, bu da mənfi halların qarşısının alınması üçün əhəmiyyətli rol oynayır”.

“Artıq Azərbaycan Bazel və Stokholm Konvensiyalarına üzvdür. Eyni zamanda, Rotterdam Konvensiyasının ratifikasiya olunması kimyəvi məhsullar və tullantılar üzrə bütün konvensiyaların səmərəli icrasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcəkdir” – deyə, Milli Məclisin nümayəndəsi Şamil Hüseynov qeyd etmişdir.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak öz çıxışında bildirmişdir ki, “2016-cı ildə Azərbaycan Respublikası Hökuməti və FAO rəsmi olaraq, milli fəaliyyət planlarının və strategiyaların hazırlanması, o cümlədən kənd təsərrüfatının və kənd yerlərinin dayanıqlı inkişafının təşviq olunması üzrə məsul maraqlı tərəflərlə əməkdaşlıq etmək üçün razılığa gəlmişdir. Bugünkü iclas da bu əməkdaşlığın təşviq olunması üçün mükəmməl platforma rolunu oynayır”. Xanım Çakmak eyni zamanda qeyd etmişdir ki, FAO Qlobal Ətraf Mühit Fondu (GEF) ilə birgə tezliklə Azərbaycanın da iştirak edəcəyi “Mərkəzi Asiya ölkələri və Türkiyədə davamlı üzvi çirkləndiricilərin və pestisidlərin həyat dövrünün idarə edilməsi və zərərsizləşdirilməsi” layihəsinin icrasına başlayacaqdır. Layihə əhalinin sağlamlığına və ətraf mühitə yüksək risk yaradan davamlı üzvi çirkləndiricilərin və digər köhnəlmiş pestisidlərin tullantılarının azaldılmasına, eləcə də bu sahədə hüquqi və institusional bazanın möhkəmləndirilməsinə töhfə verəcəkdir.

FAO-nun baş texniki əməkdaşı və Rotterdam Konvensiyasının Katibliyinin koordinatoru Kristin Fuel Azərbaycanın konvensiyasını ratifikasiya edəcəyi təqdirdə əldə olunacaq faydalar və imkanlar barədə ümumi təqdimat etmişdir. “Rotterdam Konvensiyasına tərəf olmağın çoxsaylı üstünlüklərindən biri odur ki, ölkə gələcəkdə müvafiq zərərli kimyəvi məhsulların və pestisidlərin idxalı zamanı məlumatlı qərar qəbul edə biləcək, eyni zamanda insan sağlamlığını və ətraf mühiti qorumaqla onların təhlükəsiz istifadəsini təmin edəcəkdir. Əlavə olaraq, konvensiya inkişaf etməkdə olan dövlətlərə müxtəlif zərərli pestisidlərlə bağlı məsələ qaldırmağa və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa töhfə verəcəkdir” – deyə, xanım Fuel qeyd etmişdir.

FAO-nun beynəlxalq ekspertlərinin təqdimatlarından sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və bununla da tədbir öz işini yekunlaşdırmışdır.

17-10-2016

2016 Avropa və Mərkəzi Asiya Beynəlxalq Qida Günü tədbirləri

İqlim dəyişikliyi, qidalanma və ərzaq təhlükəsizliyi 2016 Avropa və Mərkəzi Asiya Beynəlxalq Qida günü tədbirləridə bu həftənin əsas müzakirə mövzuları olacaqdır. Bu ilin əsas mövzusu isə iqlim dəyişikliyidir. 16 oktyabr 1945-ci ildə FAO yaradılmışdır və Beynəlxalq Qida Günü tədbirləri hazırda 150-dən çox ölkədə qeyd edilərək ümumilikdə Beynəlxalq Millətlər Təşkilatının ən geniş ərazidə qeyd edilən tədbiridir. Beynəlxalq Millətlər Təşkilatının Beynəlxalq Kənd Qadınları Günü və Beynəlxalq Paxla İli-də bir sıra ölkələrdə tədbirlərə əlavə edilməşdir.

FAO-nun Azərbaycanda təşkil etdiyi tədbirlər:

FAO-nun Azərbaycandakı xoşməramlı səfiri və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə yüksək səviyəli mərasim keçirilmişdir.

 

29-09-2016

Azərbaycanda milli torpaq islahatları stategiyasına başlanılır

Kənd yerlərində iqtisadi inkişafın genişləndirilməsi Azərbaycanda əsas prioritet sahələrdən biridir. Aqor iqtisadi inkişafın güclənməsi milli iqtisadiyyatın diversifikasiyasını artıraraq neftdən asılılığı azaldacaqdır. Aqor iqtisadi inkişafın qarşısını alan həll edilməsi vacib olan məsələlərdən biri torpaqların quraqlıqdan parçalanması və kiçik təsərrüfat sahələridir.

FAO tərəfindən bugün burda başladılan yeni layihə Azərbaycanda milli torpaq islahatları strategiyasının inkişafına köməklik edir və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və diğər qurumlarla birgə fəaliyyət göstərərək onların  bilik və bacarıqlarının artırılmasıyla müassir torpaq islahatları layihəsini həyata keçirir. Ölkənin hökümət heyəti FAO-nun ekspertləri ilə birgə seçilmiş pilot ərazidə fəaliyyət göstərərək praktiki təcrübə əldə edəcəklər.

FAO-nun Torpaq işləri üzrə vəzifəli şəxsi Morten Hartvigsen Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin və başqa qurumların əməkdaşlarının yer aldığı seminarda lahihənin təqdimatını keçirtmişdir.

Hartvigsen seminarda bildiribki layihənin məqsədlərinə çatmaq üçen FAO torpaq, torpaq hüququ, torpaq qeydiyattı, kənd yerlərinin inkişafı və gender məsələləri ilə bağlı ekspertlərini səfərbər edəcəklər.

Layihə üçün ofis, kompüter və digərər zəruri avadanlıqlarla birgə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində, yerli məsləhətçilər  üçün təmin ediləcəkdir. Hökumət heyəti torpaq islahatları strategiyasına və pilot layihənin icra olunduğu təlim və seminarlara cəlb olunacaqlar. İcra nümayəndələri üçün də pilot ərazilərdə seminarlar keçirilməsi planlaşdırılır.

Hartvigsen FAO-nun Mərkəzi və Şərqi Avropa ekspetrlərinə torpaq islahatları ilə bağlı ümumi məlumat verərkən torpaq islahatları sahəsində kifayət qədər bilik və təcrübələrinin olduğunu bildirib.

FAO tərəfindən 362.000 ABŞ dolları dəyərində maliyyələşdirilən layihənin iki il davam etməsi gözlənilir. Layihə yerli hökumətin yardım üçün xüsusi tələbinə cavab verir və Azərbaycanı FAO ölkə proqramlama siyahısına daxil edir. Layihə həmçinin FAO-nun Torpaq Mülkiyətçilərinin Səlahiyyətləri, Təkmilləşdirilmiş Kənd Həyatı və Kənd Yoxsulluğunun Azaldılması kriteryaları ilə uyğundur.

İCMAL

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 1945-ci ildə yaradılmışdır. FAO əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış qurumudur.

Təşkilatın baş ofisi İtaliyanın Roma şəhərində yerləşir.

FAO 191 ölkədə fəaliyyət göstərir və 130-dan çox ölkədə nümayəndəliyə malikdir.

Azərbaycan ilə əməkdaşlıq

Azərbaycan Respublikası 20 oktyabr 1995-ci il tarixindən FAO təşkilatının üzvüdür. Təşkilatın üzvü olduğu müddətdə FAO tərəfindən kənd təsərrüfatında məhsuldarlığın artırılması, aqrar islahatların həyata keçirilməsi və intensivləşdirilməsi, ərzaq təhlükəsizliyi ilə bağlı bir sıra problemlərin həllinə yönəlmiş müxtəlif inkişaf və fövqəladə layihələr həyata keçirilmişdir. FAO-nun Azərbaycanda Nümayəndəlik Ofisi 2007-ci ildə yaradılmışdır.

FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi 2015-ci ilin may ayında təsis edilmişdir.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi vasitəsilə ölkəmizə və ya birgə razılaşdırılmış digər ölkələrə öz qayda və prosedurlarına uyğun olaraq spesifik layihələr və ya digər yardım formaları vasitəsilə texniki yardım göstərir. Bu məqsədlə KTN, illik depozit 2 milyon ABŞ dolları olmaqla FAO-ya cəmi 10 milyon ABŞ dolları məbləğində vəsaiti beş il müddətinə verilməsini təmin edəcəkdir. Layihə təşəbbüsləri FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) üçün siyasət üzrə təlimatı və ümumi istiqaməti təmin etmək məqsədilə yaradılacaq və bununla da, dəstəklənən təşəbbüslər ailələrin ərzaq təhlükəsizliyinə, kənd yaşayışının yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verdiyini və Ümumdünya Ərzaq Sammitinin hədəfləri, Minilliyin İnkişaf Məqsədləri (MİM) və FAO-nun strateji məqsəd və məramları ilə uyğunluğunu təmin edəcəkdir.

FAO-nun Avropa üzrə 28-ci Regional Konfransı və  Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyası 17-20 aprel 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində keçirilmişdir. Tədbirdə FAO-nun Avropa regionuna daxil olan 46 ölkədən nümayəndə heyətləri, o cümlədən 11 nazir, 13 nazir müavini, dövlət katibləri və səfirlər, eyni zamanda Avropa İttifaqı, BMT və digər beynəlxalq və regional təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak etmişlər. Bakıda keçirilən regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün FAO-nun region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirmək olub. Konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında müasir dövrdə dünyanı narahat edən problemlərdən olan ərzaq təhlükəsizliyi məsələsi müzakirə olunub və üzv ölkələrə regional və qlobal ərzaq təhlükəsizliyiningücləndirilməsinə yönəlmiş xüsusi qisa və uzunmüddətli tövsiyələrin hazırlanması, siyasi fəaliyyətlər və institusional islahatlar ətrafında müzakirələrin aparılmasına imkan yaradılmışdır.

 

 

Hal-hazırda FAO tərəfindən həyata keçirilən layihələr

 

  1. Azərbaycanda xəstəliklərdən azad (sağlam) kartof toxumçuluğunun inkişaf etdirilməsi – TCP/AZE/3402”. Büdcəsi: 380 000 ABŞ dolları; Müddəti: 2013-2014-cü illər; Benefisiar ölkə: Azərbaycan
  1. “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi -GCP/AZE/006/TUR” Büdcəsi: 200, 000 ABŞ dolları; Müddəti: 2014-2015-ci illər; Benefisiar ölkə: Azərbaycan
  2.  “İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə toxumçuluq sahəsinin inkişafı - GCP/İNT/123/MUL”. Büdcəsi: 400 000 ABŞ dollar; Müddəti: 2013-2015-cı illər; İştirakçı ölkələr: Əfqanıstan, Azərbaycan, İran İslam Respublikası, Qazaxstan, Qırğızstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan
  3.  “Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi istiqamətində GCP/SEC/004/TUR” Büdcəsi: 600, 000 ABŞ dolları; Müddəti: 2013-2018-ci illər
  1. “Arıçılıqda məhsuldarlığın artırılması vasitəsilə Azərbaycanda kənd əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi – GCP/AZE/005/TUR”. Büdcəsi: 200 000 ABŞ dolları; Müddəti: 2013-2015-ci illər; Benefisiar ölkə: Azərbaycan
  2. “Kəndin inkişafının davamlılığının təmin edilməsi məqsədilə kənd qadınlarının sosial-iqtisadi təliminin dəstəklənməsi – GCP/SEC/007/TUR” regional layihəsi. Büdcəsi: 250 000 ABŞ dolları; Müddəti: 2013-2014-cü illər; İştirakçı ölkələr: Azərbaycan və Türkiyə
  3. “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf etdirilməsi” - büdcəsi 360 min ABŞ dollar, Müddəti 2015-2016; Benefisiar ölkə: Azərbaycan “Azərbaycanda Fıtosanıtar Nəzarətın Və Dıaqnostık Xıdmətlərın Gücləndirilməsi” – büdcəsi 1 milyon ABŞ dollar; Müddəti 2015-2016; Benefisiar ölkə: Azərbaycan
  4. “Azərbaycanda Toxum Sektorunun İnkişafına Dəstək” – büdcəsi 392 min ABŞ dollar; Müddəti 2015-2016; Benefisiar ölkə: Azərbaycan

 

Azərbaycan Hökuməti tərəfindən təsdiq olunması məqsədilə təqdim olunmuş layihələr

 

  1. Mərkəzi Asiya ölkələri və Türkiyədə pestisidlərin həyat dövrünün idarə olunması və davamlı üzvi çirkləndiricilərin məhv edilməsi” – büdcəsi 436.986 ABŞ dollar; Benefisiar ölkə: Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxstan, Tacikistan
  2. “Biotəhlükəsizlik sahəsində potensialın inkişaf etdirilməsi” –Büdcəsi 480 000 ABŞ dolları; Müddəti 24 ay; Benefisiar ölkə: Azərbaycan, Qırğızıstan, Qazaxstan, Tacikistan

 

FAO tərəfindən Azərbaycanda  1995-2013-cü illərdə həyata keçirilmiş layihələr

 

  1. “Təkmilləşdirilmiş dəyərlər zənciri koordinasiyası üçün bacarıqların və idarəetmənin səviyyəsinin yaxşılaşdırılması – TCP/AZE/3403”. Büdcəsi: 305 000 ABŞ dolları; Müddəti: 2014-2015-ci illər; Benefisiar ölkə: Azərbaycan

 

  1. «Azərbaycanda uzaq məsafədən zondlaşdırma üsulu ilə bitki örtüyünün və torpaqdan istifadənin inventarlaşdırılması» 1999-2000-ci illər; Benefisiar ölkə: Azərbaycan; Büdcəsi: 211,5 min ABŞ dolları

 

  1. «Fitosanitariya xidmətlərinin gücləndirilməsi» 2003-2005-ci illər; Benefisiar ölkə: Azərbaycan; Büdcəsi: 287 min ABŞ dolları

 

  1. «İtiyoluxan heyvan xəstəliklərinin diagnostika, mübarizə və nəzarət tədbirlərinin gücləndirilməsi” regional layihəsi;  İştirakçı ölkələr: Azərbaycan, Ermənistan və Gürcüstan;2003-2005-ci illər; Büdcəsi: 1,5 milyon ABŞ dolları
  1. GCP/AZE/001/SWI “Azərbaycanın Ağdam rayonunda Yeni Qəsəbələrdə Məcburi Köçkün və Qaçqınların İnkişafı üçün Bacarıqların Artırılması. Büdcə: 361.347 ABŞ dolları Müddəti: Fevral 2007 - Mart 2009; Benefisiar ölkə: Azərbaycan

 

  1. TCP/AZE/3001 (A) “Fermer təsərrüfatlarının məlumat və monitorinq sisteminin yaradılmasına yardım”. 2006-2009-cu illər; Benefisiar ölkə: Azərbaycan; Büdcəsi:276 000 ABŞ dolları

 

  1. Quş Qripi əleyhinə Mərkəzi Asiya Regional Şəbəkəsi FAO təşkilatının Quş Qripinin Nəzarət Edilməsi və Aradan Qaldırılması üzrə Qlobal Proqramının tərkib hissəsi kimi 2007-ci ilin yanvar ayından 9 ölkədə (Əfqanıstan, Azərbaycan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Pakistan, İran, Özbəkistan və Qazaxıstanda) həyata keçirilir. Layihənin ümumi dəyəri 30-aylıq fəaliyyət üçün 2.700.000 ABŞ dolları olmuşdur.

 

  1. «Xəzər dənizində nərə balığı istehsalının bərpası və idarə edilməsində imkanların gücləndirilməsi» regional layihəsinin 2006-cı ilin yanvar ayında FAO tərəfindən təsdiq edilmişdir. Ümumi büdcəsi 380,000 ABŞ dolları olan bu regional layihə Azərbaycan, İran, Gazaxıstan və Türkmənistanda həyata keçirilir.

 

  1. “Zaqafqaziya ölkələrində dabaq xəstəliyinin qarşısının alınması və fövqəladə tədbirlərin keçirilməsi bacarıqlarının möhkəmləndirilməsi” (MTF/INT/003/EEC). İştirakçı ölkələr: Azərbaycan, Ermənistan və Gürcüstan;Layihə çərçivəsində 2007-2009-cu illərdə Azərbaycana 2 milyon ABŞ dolları məbləğində dabaq vaksini yardımı göstərilmişdir

 

  1. TCP/AZE/3101 (A) Qida təhlükəsizliyi üzrə bacarıqların artırılması”. Büdcə: 370.000 ABŞ dolları. Müddəti: yanvar 2009- dekabr 2011; Benefisiar ölkə: Azərbaycan

 

  1. GCP/AZE/003/SWIAzərbaycan Respublikasının Ağdam rayonunun yaşayış qəsəbələrində məcburi köçkünlər üçün kəndin inkişafında potensialın artırılması– Pilot layihənin birləşmə mərhələsi. 2009-2012-ci illər. Layihənin büdcəsi 1 milyon 750 min ABŞ dolları, Benefisiar ölkə: Azərbaycan

 

  1. TCP/AZE.3202 (D) “Ənənəvi bitki seleksiyası və biotexnoloji imkanlar vasitəsilə Azərbaycanda bitki genetik ehtiyatlarının istifadəsinin gücləndirilməsi” Büdcəsi 385 000 ABŞ $; Həyata keçirilmə müddəti: 2009-dekabr 2011; Benefisiar ölkə: Azərbaycan

 

  1. TCP/AZE/3302«Azərbaycanda otlaqların idarə edilməsi» layihəsi. Həyata keçirilmə müddəti: 2010-2012-ci illər, Budcəsi: 450 000 ABŞ dolları; Benefisiar ölkə: Azərbaycan

 

  1. “Azərbaycan, Gazaxıstan, Türmənistan və Özbəkistanın Suvarılan Ərazilərində Resursmühafizəedici Kənd Təsərrüfatı - GCP/AZE/030/TUR” regional layihəsi. 2011-dekabr 2013-cü il; Büdcəsi 600 000 ABŞ dolları; İştirakçı ölkələr: Azərbaycan, Gazaxıstan, Türmənistan və Özbəkistan
  2. “Avropa Komissiyası/BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropada Qonşuluq Siyasətində (AQS) - Şərq Ərazisi ərzaq təhlükəsizliyində qərar qəbuletmənin təkmilləşdirilməsi məqsədilə informasiya sistemləri üzrə proqramı - GCP/GLO/275/EC”. Müddəti: 2010-dekabr 2013-cü il. Büdcəsi 3 milyon Avro. İştirakçı ölkələr: Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova
  3. “Azərbaycanda Milli Meşəçilik Proqramı və Meşəçilik üzrə   Qanunvericiliyin İnkişaf Etdirilməsinə Dəstək – TCP/AZE/3303”. Büdcəsi: 345 000 ABŞ dolları; Müddəti: 2012-2013-ci illər;Benefisiar ölkə: Azərbaycan (Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə icra olunur)
  4. “FAO-nun Mərkəzi Asiya üzrə Subregional Ofisinə daxil olan ölkələrdə heyvan genetik ehtiyatlarının idarəedilməsinin təkmilləşdirilməsi – GCP/SEC/003/TUR” regional layihəsi. Büdcəsi: 700 000 ABŞ dolları; Müddəti: 2013-2014-cü illər; İştirakçı ölkələr: Azərbaycan, Türkiyə, Gazaxıstan, Tacikistan, Türkmənistan, Gırğızıstan və Özbəkistan
  5. “FAO-nun Mərkəzi Asiya üzrə Subregional Ofisinə daxil olan ölkələrdə heyvandarlıq məhsullarının istehsalının yaxşılaşdırılması modulu - GCP/SEC/001/TUR” regional layihəsi. Büdcəsi: 400 000 ABŞ dolları; Müddəti: 2012-dekabr 2013-cü il; İştirakçı ölkələr: Azərbaycan, Gırğızıstan, Tacikistan
  6. “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı/Ərzaq və Kənd  Təsərrüfatı üzrə Qlobal Məlumat və Erkən Xəbərdarlıq Sisteminin Qiymət üzrə Milli Məlumat Bazası və Analiz Aləti –GCP/SEC/006/TUR”. Büdcəsi: 150 000 ABŞ dollar; Müddəti: 2013-2014-cü illər; İştirakçı ölkələr:  Azərbaycan Respublikası, Qırğız Respublikası, Tacikistan Respublikası

MƏLUMAT BAZASI