Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı (AİB) 1966-ci ildə yaradılmışdır və ölkələrdə yoxsulluğun azaldılması, iqtisadi və sosial inkişafın təmin edilməsi, iqlim dəyişkənliyinin təsirinə hazırlıq, təbii sərvətlərdən düzgün istifadə, səhiyyə xidmətlərinin inkişafı istiqamətində hökumət və özəl sektorla əməkdaşlığı həyata keçirir. Ətraflı

Layihələrin Sayı: 0

Layihələrin Ümumi Büdcəsi: mln ABD

XƏBƏRLƏR

İCMAL

Asiya İnkişaf Bankı (AİB) 1966-ci ildə yaradılmışdır və ölkələrdə yoxsulluğun azaldılması, iqtisadi və sosial inkişafın təmin edilməsi, iqlim dəyişkənliyinin təsirinə hazırlıq, təbii sərvətlərdən düzgün istifadə, səhiyyə xidmətlərinin inkişafı istiqamətində hökumət və özəl sektorla əməkdaşlığı həyata keçirir. Əsas yardım vasitəsi kimi Bank üzv ölkələrə investisiya, qrant və texniki yardımlar ayırır.

Bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir.

Yaponiya Bankın ən iri səhmdarı olduğu üçün Bankın prezidenti daim Yaponiya təmsilçisi olur.

Asiya İnkişaf Bankını maliyyələşdirən 67 üzv-ölkə vardır. Bunlardan 48-i Asiya və Sakit Okeanı regionundan, 19-u isə dünyanın digər regionlarındandır.

Asiya İnkişaf Bankının əsas fəaliyyət istiqamətləri iqtisadi, sosial, ekoloji, təhsil, səhiyyə, infrastruktur, ətraf mühitin qorunması, maliyyə və sair sahələrə aid layihələrin maliyyələşdirilməsi və  reallaşdırılmasından ibarətdir.

Bankın fəaliyyət orqanları:

İdarə Heyəti – Bankın baş idarəedici qurumu olub, üzv ölkələrin nümayəndələrindən ibarətdir.

Bankın Direktorlar Şurası – İdarə Heyəti tərəfindən seçilir və 8-i regional, 4-ü qeyri-regional ölkələrin təmsilçisi olmaqla, 12 nəfərdən ibarətdir.

 

Azərbaycan ilə əməkdaşlıq

Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu il tarixində üzv seçilmişdir və Azərbaycanda AİB-in nümayəndəliyi 2004-cü ilin noyabr ayından fəaliyyət göstərir. Azərbaycan regional üzvlər arasında 18-ci və ümumilikdə 26-cı ən böyük payçıdır. AİB-də Azərbaycanın payı 15736 (0.44%), səs hüququ isə 28968 (0.65%) təşkil edir.

Direktor Entoni Beyker və Alternativ Direktor Riçard Sisson Azərbaycanı AİB Direktorlar Şurasında təmsil edirlər.

Olli Norojono AİB-in Azərbaycan üzrə ölkə direktorudur. Azərbaycan rezident missiyası 2004-cü ildə açılıb və AİB ilə hökumət, özəl sektor, vətəndaş cəmiyyətinin üzvləri və inkişaf üzrə partnyorlar arasında fəaliyyətlər üçün əsas əməliyyat bağlantısını təmin edir. Rezident missiyası qaydalar üzrə dialoqu, ölkə üzrə əməkdaşlıq strategiyasının inkişafı və proqramlaşdırılması və portfel idarəetməsi ilə məşğul olur, eyni zamanda Azərbaycandakı inkişaf ilə bağlı məsələlərdə bilik bazası kimi çıxış edir.

Azərbaycan hökuməti tərəfdən AİB məsələləri ilə məşğul olan qurum Maliyyə Nazirliyidir.

MƏLUMAT BAZASI