Avropa İttifaqı

Layihələrin Sayı: 1

Layihələrin Ümumi Büdcəsi: 2,159,800 mln ABD

XƏBƏRLƏR

09-02-2017

Nazir müavini Seyfəddin Talıbov Avropa İttifaqının NEAR Baş Direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos ilə görüşüb

Fevralın 9-da Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Avropa İttifaqının NEAR Baş Direktorluğunun Bölmə rəhbəri Vassilis Maraqos ilə görüşüb.

Görüşün məqsədi Avropa İttifaqının Fəaliyyət Planının 2017-ci il üzrə formalaşdırılması prosesi ilə bağlı müzakirələrin aparılması olmuşdur.

Qonaqları səmimi salamlayan nazir müavini Seyfəddin Talıbov Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini, Avropa İttifaqı ilə Azərbaycan Hökuməti arasında bir sıra layihələrin uğurla həyata keçirildiyini, bunun cari ildə də davam etdirilməsini məqsədəuyğun hesab etdiyini bildirmişdir.

Nazir müavini Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, 1996-cı ildən aqrar sahədə başlayan bu əlaqələrin bu gündə uğurla davam etdiyini qonaqların nəzərinə çatdırdı. Həmin vaxtdan Avropa İttifaqı tərəfindən ölkəmizdə böyük layihələrin həyata keçirildiyini, bu layihələrin kənd təsərrüfatının inkişafına öz töfhəsini verdiyini, bu gündə həyata keçirilən “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsi və “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin gücləndirilməsi” Tvinninq layihəsinin uğurla davam etdirildiyini bildirmişdir.

Nazir müavini regionların inkişafının ən vacib məsələ olduğunu, “ Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş əsas hədəflərə dəstək, prioritet hesab olunan, o cümlədən ixracyönümlü sahələr, həmçinin fitosanitar və baytarlıq sahəsində standartların tətbiqi və keyfiyyətə nəzarətin yüksəldilməsi, aqrar təhsil və informasiya məsləhət-xidməti sahəsində əməkdaşlıq üçün potensial imkanların olduğunu bildirmişdir.

Vassilis Maraqos səmimi qəbula görə təşəkkürünü bildirərək Avropa İttifaqı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin, o cümlədən baytarlıq və fitosanitar sahədə görülmüş işlərin əhəmiyyətini qeyd edərək bu layihələr çərçivəsində göstərilən yardımlardan fermerlərin faydalandığını bildirmişdir. Avropa İttifaqı tərəfindən həyata keçirilən layihələr çərçivəsində fermer və sahibkarların, xüsusilə də gənc fermerlərin Avropa İttifaqı ölkələrində təlimlərə cəlb olunmalarını məqsədəuyğun hesab edibi və gələcək əməkdaşlığını daha da genişləndirilməsi üçün perspektiv imkanların olduğunu nəzərə çatdırmışdır.

İCMAL

MƏLUMAT BAZASI