Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış təşkilatıdır və 1974-cü il Dünya Ərzaq Konfransının əsas nəticələrindən biri kimi 1977-ci ildə beynəlxalq maliyyə institutu kimi yaradılmışdır. Ətraflı

Layihələrin Sayı: 1

Layihələrin Ümumi Büdcəsi: 103.8 mln ABD

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond tərəfindən maliyyələşdirilən məbləğ: 19.7 mln ABD

XƏBƏRLƏR

İCMAL

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış təşkilatıdır və 1974-cü il Dünya Ərzaq Konfransının əsas nəticələrindən biri kimi 1977-ci ildə beynəlxalq maliyyə institutu kimi yaradılmışdır.

Beynəlxalq Fond tərəfindən 9 əsas istiqamət dəstəklənir:

  1. Kənd təsərrüfatının inkişafı
  2. Maliyyə xidmətləri
  3. Kənd infrastrukturu
  4. Heyvandarlıq
  5. Balıqçılıq
  6. Bacarıqların artırılması
  7. Ərzaq emalı, marketinq
  8. Tədqiqat, araşdırma və təlimlər
  9. Kiçik və orta ölçülü sahibkarlığın inkişafı

Fond inkişafda olan üzv dövlətlər üçün olduqca sadə şərtlərlə kreditlər ayırır. Kredit şərtləri ölkərin adambaşına düşən ÜMG səviyyəsinə əsasən müəyyənləşdirilir.

Fond eyni zamanda kənd təsərrüafatı və kənd inkişafı ilə bağlı fəaliyyətlərin dəsətəklənməsi məqsədilə müxtəlif təşkilat və qurumlara qrantlar da ayırır. Lakin qrantların məbləği “Kredit və Qrant Proqrammı” üçün nəzərdə tutulmuş ümumi məbləğin 10% -i həcmində məhdudlaşdırılır.

Azərbaycan Respublikası ilə 1997-cı ildən təməli qoyulmuş əməkdaşlıq nəticəsində İFAD ölkəmizdə həyata keçirilmiş və icrası davam edən 5 layihə və proqram üzrə 67,4 milyon ABŞ dolları sərmayə yatırıb ki, bu da öz növbəsində 192 milyon ABŞ dollarından çox ümumi investisiyanı səfərbər edib. 

Eyni zamanda, “Heyvandarlıq Sektorunun Məhsuldarlığı və Marketinqin Təkmilləşdirilməsi Proqramı” 2015-ci ildə İFAD tərəfindən hazırlanmış və yeni layihə təklifi hökumətə təqdim edilsə də, təsdiqi təxirə salınmışdır. Layihənin məqsədi heyvandarlıq əraziləri kimi daşıdıqları əhəmiyyətə, məhsuldarlığın və kənd əhalisinin gəlirlərinin artırılması imkanlarına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməkdən ibarətdir. Layihənin ilkin büdcəsi 38.5 mln ABŞ dolları (4.8 mln. ABŞ dolları Azərbaycan payı, 30.3 mln ABŞ dolları İFAD payı, 3.3 benefisiarların payı) təşkil edir və Ağcabədi, Bərdə, Beyləqan və Göyçay rayonlarında fəaliyyət göstərəcək.

MƏLUMAT BAZASI