İslam İnkişaf Bankı

İslam İnkişaf Bankı 1973-cü ildə niyyət bəyannaməsinə uyğun olaraq Cəddah şəhərində keçirilən müsəlman ölkələrinin maliyyə nazirlərinin konfransında yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. 1975-ci il iyul ayında İdarə Heyətinin açılış mərasimi keçirilmişdir və Bank rəsmi olaraq 20 oktyabr 1975-ci ildə açılmışdır. Ətraflı

Layihələrin Sayı: 1

Layihələrin Ümumi Büdcəsi: 103.8 mln ABD

İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən məbləğ: 66.4 mln ABD

XƏBƏRLƏR

19-01-2017

Nazir Heydər Əsədov İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Yanvarın 19-da Kənd Təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi İslam İnkişaf Bankı ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı müzakirələrin aparılması olub.

Nazir Heydər Əsədov qonaqlara ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə görülmüş işlər, o cümlədən ən müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi, Aqrar Universitetin yenidən qurulması və orada təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, laboratoriyaların yeni texnoloji avadanlıqlarla təmin olunması barədə məlumat verib.

Nazir İslam İnkişaf Bankının Azərbaycan ilə uzunmüddətli əməkdaşlığını vurğulayaraq, müstəqilliyimizin ilk illərindən ölkəmizin İslam İnkişaf Bankının üzvü olduğunu və bu bankın həyata keçirdiyi layihələrin Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu bildirib.

Nazir Heydər Əsədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflər barədə məlumat verərək kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə təkrarlanmanın aradan qaldırılması və “Kənd Yerlərininin Kompleks İnkişafı Layihəsi”ndə prioritet sahələrə yönəldilmiş komponentlərdə əlavə və dəyişikliklərin edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Xüsusilə də layihə üzrə əldə edilmiş qənaət hesabına “Suvarma Sistemlərinin Təmir-bərpası İşləri” subkomponenti çərçivəsində su itkisinin azaldılması, su kanallarının uzun ömürlülüyünün təmin edilməsi məqsədilə mövcud torpaq işlərinin beton işləri ilə əvəz olunması, Yevlax rayonunda əlavə 4000 hektar əkin sahəsinin etibarlı su təminatının mövcud layihə çərçivəsində həyata keçirilməsi məsələsinə baxılması, layihə ərazilərində Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində toxumçuluğun inkişafı və bu sahənin yenidən qurulması, aqrar təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, Elmi-Tədqiqat müəssisələrində kadr hazırlığının əsas hədəflərdən biri olduğunu, Aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin elmi əsaslarla hazırlanmasının məqsədəuyğun olduğunu qeyd edib.

Cənab Sayed Ağa səmimi qəbula və İslam İnkişaf Bankı ilə yaxından əməkdaşlıq etdiyinə görə Azərbaycan Hökumətinə öz minnətdarlığını bildirib. Qonaq bankın fəaliyyətinin çoxşaxəli olduğunu və tərəfdaş ölkələrdə prioritet hesab olunan sahələrin inkişafına dəstək verməyi əsas hədəflərindən olduğunu nəzərə çatdırıb və Kənd Yerlərini Kompleks İnkişafı Layihəsi çərçivəsində təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyərək, ehtiyacların və yeni istiqamətlərin yerli mütəxəssislərin iştirakı ilə müəyyənləşməsi məqsədilə Bank tərəfindən texniki missiyanın göndərilməsini məqsədəuyğun olduğunu bildirib.

İCMAL

İslam İnkişaf Bankı 1973-cü ildə niyyət bəyannaməsinə uyğun olaraq Cəddah şəhərində keçirilən müsəlman ölkələrinin maliyyə nazirlərinin konfransında yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.

1975-ci il iyul ayında İdarə Heyətinin açılış mərasimi keçirilmişdir və Bank rəsmi olaraq 20 oktyabr 1975-ci ildə açılmışdır.

Məqsəd:

Bankın məqsədi İslam qanunlarının Şəriət qaydalarına uyğun olaraq  üzv ölkələrinin , həmçinin müsəlman icmalarını individual və müştərək şəkildə iqtisadi inkişafını və  sosial tərəqqisini gücləndirməkdir.

Funksiyaları:

Bankın funksiyaları üzv ölkələrini sosial və iqtisadi inkişafı üçün maliyyə vəsaiti ilə təmin etməkdən əlavə müəssisə və məhsuldar layihələr üçün qrant kredit və kapital verilməsində iştirak etməkdir.

Bank həmçinin xüsusi fondların, buna daxil olaraq qeyri – üzv təşkilatlarda müsəlman icmalarına yardım üçün fondların yaradılması və idarə edilməsi kimi işləri həyata keçirir.

Bank maliyyə resurslarını səfərbər etməyi və depozitləri qəbul etməyi Şəriət qaydalarına uyğun olaraq edir. Bundan əlavə Bank üzv ölkələri arasında xarici ticarətin, xüsusi olaraq sərmaye mallarının təşviqinə köməklik göstərməkdə; üzv ölkələrini texniki yardım ilə təmin etməkdə; Şəriət qaydalarına riayət etmək üçün müsəlman ölkələrində inkişaf fəaliyyəti ilə məşğul olan işçilərinə təlimlərin keçirilməsində məsuliyyətlidir.

Üzvlük

Bankı hal-hazırda 56 üzvü vardır. Perspektiv üzvlər üçün üzvlüyə qəbul olmaqda əsas tələblər bunlardır: İslam Əməkdaşlıq Təşkilatının üzvü olmalı, banka ilkin kapitalı verməyə və İslam İnkişaf Bankının İdarə Heyəti tərəfindən qəbul olunmuş bu kimi qayda və tələbləri qəbul etməyə hazır olmaqdır.

Kapital:

İdarə heyətinin 38-ci illik görüşü zamanı alınmış qərara əsasən, Bankın nizamnamə kapitalı 100 million İslam Dinarına qalxmışdır.

Baş ofis və regional ofislər:

Bankın əsas ofisi Birləşmiş Ərəb Əmirliyinin Ciddə şəhərində yerləşir. 4 regional ofisi vardır: Rabat,Morocco (1994), Kuala Lumpur, Malayziya (1994). Almatı, Qazaxıstan (1997), və Dakar, Senegal (2008). Əlavə olaraq 2 ölkə ofisi Ankara, Turkiyədə and Cakarta İndoneziyada və sahə nümayəndələri isə  14 üzv ölkə olan Əfqanistan, Azərbaycan, Bangladeş, Burkina Faso, Qvineya, Iran, Mali, Pakistan, Sudan, Türkmenistan, Özbəkistan, Yəmən, Mavritaniya and Liviya ölkələrində yerləşir.

Maliyyə ili:

Bankın maliyyə ili Hicri erasının Ay təqvimidir.

Dillər:

Bankın rəsmi dili Ərəb dilidir, lakin ingilis və fransız dilləri də əlavə dillər kimi istifadə olunur
               

Azərbaycan Respublikası ilə əməkdaşlıq

Azərbaycan Respublikası İslam İnkişaf Bankı ilə əməkdaşlığa 1992-ci ildən başlanılmışdır.

2007-ci ildə Bankın Azərbaycan üzrə yerli Nümayəndəsi təyin edilmişdir.

MƏLUMAT BAZASI