ABŞ Beynəlxalq İnkişaf Agentliyi

4 sentyabr 1961-ci ildə Prezident Con Kennedinin təkidi ilə ABŞ Konqresi “Xarici Yardım Aktı”nı təsdiqləmişdir. Bu Akt xarici ölkələrdə iqtisadi və sosial inkişaf proseslərini dəstəkləmək məqsədi ilə qəbul olunmuşdur və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sonrakı fəaliyyətini müəyyən edən əsas sənəd idi. Ətraflı

Layihələrin Sayı: 0

Layihələrin Ümumi Büdcəsi: mln ABD

XƏBƏRLƏR

İCMAL

4 sentyabr 1961-ci ildə Prezident Con Kennedinin təkidi ilə ABŞ Konqresi “Xarici Yardım Aktı”nı təsdiqləmişdir. Bu Akt xarici ölkələrdə iqtisadi və sosial inkişaf proseslərini dəstəkləmək məqsədi ilə qəbul olunmuşdur və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sonrakı fəaliyyətini müəyyən edən əsas sənəd idi.

Agentliyin əsası 3 noyabr 1961-ci ildə qoyulmuşdur və baş ofisi Vaşinqtonda yerləşir.

Hazırda təşkilatın rəhbəri Alfonso Lenhardt (2015-ci ilin fevral ayından etibarən), Azərbaycan üzrə missiyanın rəhbəri Mikaela Meredisdir.

USAİD 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərir.

Agentliyin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:

  • Yoxsulluğun azaldılması, xəstəliklərin azaldılması,
  • Sosial-iqtisadi inkişaf,
  • Ətraf mühit,
  • Qlobal məsələlərdə bağlı əməkdaşlıq
  • ABŞ-ın ikitərəfli maraqları ilə əlaqədar digər sahələr

 

Azərbaycan ilə əməkdaşlıq

 

         USAID Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlamışdır. Həmin il Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş səbəbindən əsas fəaliyyət istiqaməti humanitar yardımla məhdudlaşmışdır. Lakin sonrakı illərdə demokratiya və digər spesifik sahələrdə məhdud fəaliyyətə icazə verilmişdir. USAİD-in Azərbaycan üzrə fəaliyyəti 3 strateji hədəfə əsaslanır:

  • Rəqabətqabiliyyətli özəl müəssisələrin artımının və inkişafının sürətləndirilməsi;
  • Daha çox nümayəndəli, iştiraklı və fəaliyyət göstərə bilən demokratiya;
  • Keyfiyyətli səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi

 

Əməkdaşlığı tənzimləyən sənədlər

 

ABŞ və Azərbaycan Respublikası hökumətləri arasında texniki yardım və qrant münasibətləri aşağıdakı sənədlərlə tənzimlənir:

  • “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında Saziş” 18 iyul 2000-ci il tarixində qüvvəyə minmişdir. Sənədə əsasən ABŞ-ın yardım proqramları ilə əlaqədar aktivləri vergi, gömrük və digər rüsumlardan azad olunur, personalı isə 1961-ci il Vyana Konvensiyasına əsasən icraçı və texniki heyət statusu əldə edir.

“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında Azərbaycan Respublikasında seçilmiş Amerika Hökuməti yardım proqramlarının birgə maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu” 7 aprel 2009-cu ildə Bakı şəhərində imzalanmışdır. Anlaşma Memorandumuna əsasən birgə maliyyələşdiriləcək layihələrin ümumi dəyəri 45 milyon ABŞ dolları idi ki, bunun 20.7 milyonu Azərbaycan Hökumətinin, 24.3 milyonu isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) payına düşmüşdür

 

 

MƏLUMAT BAZASI