BMT-nin İnkişaf Proqramı

UNDP 1965-ci ildə BMT-nin Texniki Yardım üzrə Genişlənmə Proqramı və BMT-nin Xüsusi Fondunun birləşməsi əsasında yaradılmışdır. Təşkilat dünyanın 177 ölkəsində fəaliyyət göstərir. Ətraflı

Layihələrin Sayı: 0

Layihələrin Ümumi Büdcəsi: mln ABD

XƏBƏRLƏR

07-02-2017

“Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi" layihəsinin imzalanma mərasimi keçirilmişdir

Fevralın 7–də Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında aqro-biomüxtəliflik sahəsində birgə layihənin həyata keçirilməsi üzrə imzalanma mərasimi olub.

Layihə Qlobal Ekologiya Fondu (GEF) və BMT İP tərəfindən Azərbaycanının Şəki, Goranboy və Göyçay rayonlarında beş il ərzində həyata keçiriləcək.

İmzalanma mərasimində çıxış edən nazir Heydər Əsədov bildirib ki, layihənin əsas məqsədi üç komponentdən ibarətdir:

  1. Bitkilərin və yerli ənənəvi sortların yabanı əcdadların öz təbii areallarında qorunmasının inkişaf etdirilməsi;
  2. bitkilərin yerli yabanı əcdadları və yerli ənənəvi sortların becərilməsi üçün müvafiq genetik resursların təmin edilməsi məqsədilə onların bitki genbanklarında qorunmasının genişləndirilməsi;
  3. Yerli sortların kiçik fermer təsərrüfatlarında və kommersiya yönümlü təsərrüfatlarda istehsalın və istifadənin artırılması.


Layihə, həmçinin aqro-biomüxtəliflik sahəsində biliyin artırılması, müvafiq institutlar və fermerlər arasında milli bacarıqların inkişafı, eləcə də yerli fermerlərin bazara çıxışının gücləndirilməsi istiqamətində önəmli addımlardan biri olacaq.

Nazir qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı və inklüziv iqtisadi inkişafın təbliği, institusional bacarıqların, səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, həmçinin ətraf mühitin idarəedilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması kimi tədbirlərin dəstəklənməsində BMT İP layihələri öz töhfəsini verəcək.

BMT İP-in rezident nümayəndəsi Qulam İshaqzai bu sahədə əməkdaşlığın perspektiv- lərindən danışıb. “Aqro-biomüxtəlifliyin qorunması dayanıqlı inkişaf üçün olduqca əhəmiyyətlidir və bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vacib rol oynayacaq. Aqrar bio-müxtəlifliyin istifadəsi aqrar ekosistemlərin daha davamlı və məhsuldar olmasına yardım edəcək, eləcə də iqlim dəyişmələrinin idarəetməsinə və daha zəngin qidalanmaya, məhsuldarlıq və rifaha müsbət təsir göstərəcək”,- deyə Q.İshaqzai bildirib.

Sonra imzalanma mərasimi olub.

Nazir Heydər Əsədov və BMT İP-in rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb, bu layihənin kənd təsərrüfatına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsinə dəstək olacağına əminliklərini ifadə ediblər. 

İCMAL

UNDP 1965-ci ildə BMT-nin Texniki Yardım üzrə Genişlənmə Proqramı və BMT-nin Xüsusi Fondunun birləşməsi əsasında yaradılmışdır. Təşkilat dünyanın 177 ölkəsində fəaliyyət göstərir.

Baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşir.

Rəhbəri Helen Klarkdır (17 aprel 2009-cu ildən etibarən). Azərbaycan üzrə Rezident Nümayəndə isə Qulam İsakzaidir.

UNDP-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

  • Minilliyin İnkişafı Məqsədlərinə uyğun olaraq demokratik idarəetmə
  • Yoxsulluğun azaldılması
  • Ətraf mühit və enerji
  • Böhranların qarşısının alınması və bərpa
  • QİÇS-lə mübarizə

 

Azərbaycan ilə əməkdaşlıq

UNDP 1992-ci ilin payızından etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir. Ölkəmizdə ilk fəaliyyət göstərən donor təşkilatlarından biri, həmçinin BMT-yə üzvlükdən sonra ölkədə fəaliyyətə başlayan ilk BMT qurumudur. UNDP ilə əməkdaşlıq çərçivəsində indiyədək  96 milyon dollar dəyərində 50-yə yaxın layihə müvəffəqiyyətlə icra edilmişdir.

 

Əməkdaşlığı tənzimləyən sənədlər

  • 2011-2015-ci illərdə BMT-nin Azərbaycan üçün “İnkişafa Yardım üzrə Çərçivə Sənədi” (layihə dəyəri 92.4 mln ABŞ dolları təşkil etmişdir. Bu vəsaitin 21.4 mln ABŞ dolları BMT qurumları tərəfindən ayrılmışdır) (UNDAF) BMT-nin Minilliyin İnkişaf Məqsədləri və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”na uyğun hazırlanmış və sənəddə aşağıdakı məsələlər yer almışdır:
  • İqtisadi inkişaf (qeyri-neft sektorunun inkişaf etdirilməsi, davamlı məşğulluq imkanları üzrə bərabərsizliklərin azaldılması və ətraf mühitin mühafizəsi);
  • Sosial inkişaf (sosial müdafiənin yaxşılaşdırılması üzrə islahatlar, səhiyyə, təhsil, sosial müdafiə komponentlərinin həlli);
  • İdarəetmə (vətəndaş cəmiyyəti institutlarının köməyilə idarəetmə sisteminin gücləndirilməsi).
  • Növbəti illər üzrə BMT ilə Azərbaycan Hökuməti arasında əməkdaşlıq 2016-2020-ci illəri əhatə edəcək tərəfdaşlıq çərçivəsi (UNAPF) sənədi əsasında həyata keçiriləcəkdir. UNAPF BMT-nin Davamlı İnkişaf Məqsədləri və “Azərbaycan-2020 Gələcəyə Baxış” inkişaf konsepsiyası sənədində göstərilən milli prioritet və hədəflər əsasında tərtib edilmişdir və aşağıdakı üç prioritet sahəni əhatə edir:
  • Artan şaxələndirilmə və layiqli əməyi özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi;
  • İnstitusional potensialın gücləndirilməsi və səmərəli ictimai və sosial xidmətlər;
  • Ətraf mühitin idarəedilməsi, eləcə də təhlükə və fəlakətlərə qarşı dayanıqlılığın artırılması.
  • Azərbaycan Hökuməti ilə UNDP arasında 2016-2020-ci illərdə texniki əməkdaşlıq Ölkə Proqramı Sənədinə uyğun olaraq həyata keçirilməktədir. BMT və Azərbaycan Hökuməti arasında imzalanması nəzərdə tutulan UNAPF sənədinə əsaslanan Ölkə Proqramı Sənədi əməkdaşlıq çərçivəsində aşağıdakı sahələri prioritetləşdirir:
  • İnsan kapitalının inkişafı və inklüzivlik;
  • Ədalətli İnkişaf Siyasəti üçün İnstitusional Potensialın Möhkəmləndirilməsi;

Ekoloji İdarəçiliyin və Təbii Fəlakətlərə Qarşı Dayanıqlığın Möhkəmləndirilməsi

MƏLUMAT BAZASI