Kredit təşkilatlarının seçimi üçün tələb olunan sənədlər

Banklar üzrə:

  • Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən notarial qaydada təsdiq olunmuş surətləri;
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  • Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank, o cümlədən kredit
  • əməliyyatlarının aparılmasına dair verilmiş xüsusi razılığın (lisenziyanın) notarial qaydada təsdiq olunmuş surəti;
  • Bankın sonuncu hesabat ilində maliyyə vəziyyəti barədə audit rəyi;
  • Bankın regional strukturları barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq olunmuş məlumat;
  • Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş prudensial normativlərə riayət etmələri, eyni zamanda, məcmu kapitalı barədə arayış.

Bank Olmayan Kredit Təşkilatları (BOKT) və ya Kredit İttifaqları üzrə:

  • Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surətləri;
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  • Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən kredit əməliyyatlarının aparılmasına dair verilmiş xüsusi razılığın (lisenziyanın) notarial qaydada təsdiq olunmuş surəti;
  • Bank olmayan kredit təşkilatının və ya kredit ittifaqının sonuncu hesabat ilində maliyyə vəziyyəti barədə audit rəyi;
  • Bank olmayan kredit təşkilatının və ya kredit ittifaqının fəaliyyət dairəsi, kreditlərin verilməsi sahəsində təcrübəsi haqqında məlumat;
  • Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş prudensial normativlərə riayət etmələri, eyni zamanda, nizamnamə kapitalı barədə arayış.