Kredit təşkilatlarının seçim qaydaları

  • Dövlət Xidmətinin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Azərbaycan Respublikası Kənd  Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi üzrə  Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilir.

  • Müsabiqə Komissiyasının tərkibinə Azərbaycan Respublikası Kənd  Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Dövlət Xidmətinin hər birindən 1 nəfər nümayəndə daxil edilir. Həmin komissiyanın tərkibinə Azərbaycan Respublikasında aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli qeyri-hökumət təşkilatlarının 2 nəfər nümayəndəsi də daxil edilə bilər.