Güzəştli kredit haqqında

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Xidmətinin vəsaitləri hesabına maliyyələşdirilməsi istiqamətləri

  • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı;
  • Suvarılan torpaqların meliorasiyasının, onların meliorasiya və irriqasiya avadanlığı ilə təchizatının yaxşılaşdırılması;
  • Yeyinti məhsulları sektorunun (anbarlar da daxil olmaqla) modernləşdirilməsi və inkişafı;
  • Kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınması;
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Pilot Layihələri;
  • Özəl damazlıq təsərrüfatlarının yaradılması və inkişafı, heyvandarlıqda süni mayalanma tədbirlərinin həyata keçirilməsi və aqrar sektorun digər sahələri.

Kredit vəsaitlərinin verilmə həddi:

  • 1000 manatadək- mikrokreditlər;
  • 1000 manatdan 20000 manatadək – kiçikhəcmli kreditlər;
  • 20000 manatdan 50000 manatadək- ortahəcmli kreditlər;
  • 50000 manatdan 200000 manatadək – böyükhəcmli kreditlər

Kredit vəsaitlərinin istifadə müddəti: 

  • Mikrokreditlər - 2 ilədək;
  • Kiçik və ortahəcmli kreditlər - 3 ilədək;
  • Böyükhəcmli kreditlər - 5 ilədək;

Kredit vəsaitlərinin güzəşt müddəti:

  • Mikrokreditlər - 12 ayadək;
  • Kiçik və ortahəcmli kreditlər – 18 ayadək;
  • Böyükhəcmli kreditlər – 24 ayadək;

Güzəşt müddətində borcalanlar yalnız kredit faizlərini ödəyirlər;

Borcalanlar alınmış kreditlər üzrə faiz borclarını hər rübün son iş günü ödəyirlər;

Əsas borc isə güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın son iş günü bərabər hissələrlə ödənilir.

Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri:

Dövlət Xidməti cəlb etdiyi vəsaitləri illik 2 faiz tətbiq etməklə müəyyən edilmiş qaydada müvəkkil kredit təşkilatlarına verir;

Müvəkkil kredit təşkilatları Dövlət Xidmətinin kredit vəsaitlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.