İnformasiya Məsləhət Xidməti haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il tarixli 190 nömrəli qərarı ilə yaradılmış Azərbaycan Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 109 nömrəli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (AEİMM) adlandırılmışdır.

Hal-hazırda AEİMM-in tabeliyində 8 (Gəncə, Kürdəmir, Beyləqan, Tərtər, Şəki, Salyan, Quba və Lənkəran) Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (RAEİMM) fəaliyyət göstərir. AEİMM kənd təsərrüfatı məhsul istehsalında ən yaxşı təcrübələri RAEİMM vasitəsi ilə yayaraq ölkədə rəqabət qabiliyyətli məhsul istehsalına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.

Azərbaycan Aqrar Elm Mərkəzi respublikamızda həyata keçirilən aqrar islahatlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il tarixli 190 nömrəli qərarı ilə kənd təsərrüfatında elmi, elmi-texniki proqramların respublikada aparılan islahatlara və yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması, elmi işlərdə vahid strateji məqsədlərin formalaşdırılması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da genişləndirilməsi məqsədi ilə yaradılmışdır.

 

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin strukturuna daxil olan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzləri

 

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi

Əhatə etdiyi rayonlar

Gəncə

RAEİMM

Kürdəmir RAEİMM

Beyləqan

RAEİMM

Tərtər

RAEİMM

Şəki

RAEİMM

Salyan

RAEİMM

Quba

RAEİMM

Lənkəran

RAEİMM

Gəncə

Ucar

Beyləqan

Tərtər

Balakən

Sabirabad

Quba

Astara

Samux

Zərdab

İmişli

Ağdam

Zaqatala

Saatlı

Qusar

Lənkəran

Daşkəsən

Ağdaş

Ağcabədi

Yevlax

Qax

Biləsuvar

Xaçmaz

Cəlilabad

Şəmkir

Göyçay

Fizuli

Bərdə

Şəki

Salyan

Şabran

Yardımlı

Gədəbəy

Ağsu

Xocavənd

Goranboy

Oğuz

Neftçala

Siyəzən

Lerik

Tovuz

Şamaxı

Cəbrayıl

Kəlbəcər

Qəbələ

Hacıqabul

 

Masallı

Ağstafa

Qobustan

Zəngilan

Ağdərə

 

 

 

 

Qazax

Kürdəmir

Qubadlı

 

 

 

 

 

Göygöl

İsmayıllı

Laçın

 

 

 

 

 

 

Həyata keçirilən tədbirlər:

 

  • kənd təsərrüfatı istehsalında mütərəqqi və innovativ texnologiyaların introduksiyasını və sınağının təşkil edilməsi,
  • beynəlxalq elm mərkəzləri ilə sıx əməkdaşlıq edərək regional və qlobal tədqiqat istiqamətlərinin müəyyən edilməsində iştirak edir,
  • tədqiqat nəticələrini (sort, texnologiya və s.) və kənd təsərrüfatı məhsul istehsalında ən yaxşı təcrübələri özünün regional struktur bölmələri vasitəsi ilə yayaraq ölkədə rəqabət qabiliyyətli məhsul istehsalına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək,
  • regionların torpaq-iqlim şəraitinə uyğun yeni yüksək məhsuldar kənd təsərrüfatı bitki sortunun toxumlarının, damazlıq və ting materiallarının seçilməsi, bölgə üzrə tələbatın və yeni məhsuldar sortların öyrənilməsi, rayonlaşması və təbliği ilə məşğul olur,
  • kənd təsərrüfatı məhsulları istehsalçılarına fəaliyyət istiqamətləri üzrə mütəmadi olaraq informasiya-məsləhət xidməti göstərir,
  • informasiya və məsləhət xidməti üzrə məsləhətçilərin hazırlıq və ixtisaslarının artırılması üçün müvafiq tədbirlər həyata keçirir,
  • məsləhətçilərin təlim və məsləhət materiallarının hazırlanmasını təşkil edir.