Bu ən səmərəli, ən fizioloji üsuldur. Belə ki, gəzinti zamanı heyvanlar hərəkətdə olduqda, hərəkət fəallığı bədən əzələlərinin və tənasül orqanlarının saya əzələlərinin tonusunu qaldırır, çoxalma sisteminin selikli qişalarının ifrazatı güclənir və dişi cinsiyyət orqanından selik axmağa başlayır. İnəklər və dişi danalar çərə axıdan­da qruplarla toplanırlar və erkək reaksiyala­rı üzə çıxarmağa başlayır (məsələn, bir-birinin belinə qalxırlar). Əgər inək, yaxud dişi dana onun üzərinə digər heyvan atılanda tərpənməyərək sakit durursa, onda belə cinsiyyət davranışını «hərəkətsizlik refleksi» adlandırırlar. Bu göstərir ki, onda həvəsəgəlmə güclüdür və onu mayalandırmadan ötrü seçirlər. Tullanan inək, çərəaxıtma vəziyyətindədirsə, 6-24 saat sonra «hərəkətsizlik refleksi» nümayiş etdirə bilər, bu halda onu da süni mayalandırmadan ötrü seçir, sonra bütün seçilmiş heyvanları mayalandırma üçün optimal vaxtı müəyyən edirlər.

Doğumdan 18-24 gün sonra və əvvəlki həvəsəgəlmədən sonra heyvanlara baxış keçirilir. Dişilər üzərində müşahidələri mayalayıcı texnik aparmalı­dır. Bu müşahidələri sutkanın qalan vaxtla­rında aparmağı sağııcıya, malabaxana, yaxud növbətçiyə tapşırılır. Bu üsulda həvəsəgəlmənin başlanğıc dövrünü müəyyənləş­dirmək çox vacibdir, çünki həvəsəgəlmə müddətini bilməklə, heyvanın mayalandırılması vaxtını dəqiq müəyyənləşdirmək mümkündür.

Bu üsul yoxlayıcı buğa­nın, yaxud üzə çıxarıcı inəyin köməyi ilə həyata keçirilir. Bu üsula ehtiyatla yanaşmaq lazımdır, onun müsbət və mənfi tərəfləri nəzərə alınmalıdır. Təsərrüfatların əksəriyy­ətində yoxlayıcı buğaların yemləndirilməsi və onlara qulluq düzgün aparılmadıqda onların potensiaysı (qabiliyyəti) tez pisləşir və o, artıq sürüdə həvəsdə olan inəyi seçə bilmir. Bundan başqa, buğanın yemləndirilməsinə və ona qulluğa böyük vəsaitlər sərf olunur, bəzən buğa vurağan olduğundan ferma işçilərinə xətər yetirə bilər. Ona görə də xarici ölkələrdə həvəsdə olan inəklərin yoxlayıcı buğa vasitəsilə seçilməsi üsulu son illərdə istifadə olunmur. Lakin həvəsdə olan inək və danaların seçilməsindən ötrü üzə çıxarıcı inəkdən istifadə üsulu tətbiq edilir. Belə inəyi çıxdaş olunmuş, yaxşı köklüyə malik inkələrdən seçir və ona erkəyin tənasül hormonunu vururlar. Bundan ötrü onun qulağının arxasına dəri altına yumşaq rezin süngər tikirlər. Həmin inək süngərə

intetik hormon testesteron hopdurulduğuna görə 2-3 gündən sonra bir ay müddətində erkək davra­nışı reaksiyasına malik olur və bəzən gün ərzində 25-50 həvəsdə olan dişini seçə bilir, onları heç bir xəstəliklə yoluxdurmur və buğa kimi vurağan olmur. Deməli, seçici inək yoxlayıcı buğa rolunu oynayır.

Həvəsəgəlmə detektorlarının köməyi ilə Detektor kimi içərisinə porolon qoyulmuş qutucuqdan istifadə edirlər. Porolona boyahopdururlar (qara inəklərdən ötrü ağ boya, ağ rəngli inəklərdən ötrü isə qırmızı boya istifadə olunur). Gözlənilən həvəsəgəlmədən bir sutka əvvəl inəyin sağrısına deşiyi olan detektor yapışdırırlar.

İnək həvəsə gələn zaman digər inəklər (otarma, gəzinti, yaxud bağsız saxlama zamanı) onun üzərinə sıçrayır və belə vəziyyətdə 5 saniyə qalır, bu müddətdə boya deşik­dən çıxır və inəyin sağrısını rəngləyir. Sağrısı rənglənmiş inəklər həvəsdə olan sayılır və onu mayalama üçün ayırırlar. Əgər prakti­kada detektorlar, yaxud ondan ötrü yapış­qan əldə etmək çətinlik törədirsə, suda həll olunan boyalardan detektorsuz istifadə etmək olar. Bu zaman inəyin sağrısına uzunluğu 10-12 sm, eni 3-4 sm olan boya zolağı çəkirlər. Əgər zolağın boyası pozulub digər yerlərə yayılırsa, onda inəyin həvəsəgəlməsi barədə qərar qəbul edilir. Xarici ölkələrdə (İngiltərədə, Fransada, Slovakiya­da, Almaniyada, Bolqarıstanda, Rumıniyada, Macarıstanda və bəzi digər ölkələrdə) son 5 ildə daha perspektiv, ucuz üsuldan istifadə edərək, həvəsdə olan bütün inəkləri datçiklə- rin köməyi ilə seçirlər. Datçiklər çox xırdadır və həvəsə gəlməli olan inəklərə yapışdırılır və televizorun köməyi ilə (25 km-ə qədər məsafə­də istənilən yerdə qoyulmuş) inəyin həvəsdə olması barədə siqnallar qəbul edilir. Televizo­run ekranında hər bir inəyin nə vaxt həvəsə gəlməsi, onda həvəsin nə qədər davam etməsi, əgər inək otlaqdadırsa, yaxud bağsız saxlanılırsa, onun üzərinə başqa inəklərin nə vaxt qalxması və bu zaman inəyin qaçmaya­raq, sakit dayanması haqda məlumatlar nümayiş etdirilir. Bir televizora 20 müxtəlif sürünü qoşmaq və həvəsdə olan inəkləri seçmək olar. Bu üsul yarım il ərzində eyni vaxtda 10 sürüdə həvəsdə olan inəkləri seçmə­yə çəkilən xərclərin özünü doğrultmasma imkan verir.

İstisna deyil ki, sutkanın istənilən vaxtın­da həvəsdə olan inəklərin seçilməsinin bu və ya digər mütərəqqi üsulu bizim ölkəmizdə də tətbiq ediləcəkdir.

Doğuşu başa çatmış inəyin yelini, qarnı, dal ayaqları, quyruğu sabunlu isti su ilə yuyulur. Çirklənmiş döşənək və son götürülür, inəyin altına quru, təmiz saman döşənir.

Doğuşdan yarım saat sonra inəyi ilıq su ilə suvarmaq və doyunca keyfiyyətli ot vermək lazımdır.

Birinci dəfə inəyi doğuşdan 11,5 saatdan sonra sağırlar. İnəyi birinci həftə (xüsusən ilkinə doğmuşu) sutkada bərabər fasilələrlə 4-5 dəfə sağmaq məsləhətdir. Doğum parezi (yüngül iflic) xəstəliyinə meyilli inəkləri ilk 2-3 dəfədə tamam sağmırlar.

Doğuşdan sonra birinci gün inəyə doyunca yaxşı ot verirlər. İkinci giin ot və ilıq kəpək horrası (kəpək sutkada 1 kq-a qədər) verilir. 3-4-cü sutkalarda kəpəyin çəkisini 1,5-2 kq-a qədər artırmaq olar. Yeni doğmuş sağlam inəyi 12-15 gün ərzində tədricən tam yem normasına keçirirlər. Bağlı şəraitdə südlük inək üçün əsas yem yaxşı quru otdur.

Gövşəyən heyvanın normal həzm etməsindən ötrü hər 100 kq diri çəkisinə görə ən azı 2-2,5 kq qaba yemlər vermək lazımdır. Quru ot çatışmadıqda gündəlik quru ot normasının üçdə-dörddə bir hissəsini yaxşı yazlıq taxıl (vələmir, arpa, qılçıqsız buğda) küləşi ilə əvəz etmək lazımdır.

Xüsusən aşağı keyfiyyətli qaba yemləri xırdalanmış, buğa verilmiş, yaxud qarışıq yemlərlə qatışdırılmış, azca duzlu su ilə isladılmış halda yedizdirmək daha yaxşıdır. Küləşi (samanı) hazırlanmış şəkildə yedizdirmək vacibdir.

Yemləməyə hazırlanmış yemlər həm yaxşı iştahla yeyilir, həm də tam həzm olunub mənimsənilir.

Şirəli yemlər süd qovucu xassəyə malikdir, onları sağılan südün hər litrinə 2-3 kq hesabı ilə vermək olar. Kartofu, çuğunduru, şalğamı və digər kökiimeyvəliləri mütləq yuyulub təmizləndikdən sonra yedizdirilməlidir. Yuyulmamış kökümeyvəlilərin yedizdirilməsi həzməgetmənin pozulmasına səbəb olur, deməli, süd sağımını aşağı salır. Kartofu çiy və bişmiş halda yedizdirirlər. Orta böyüklükdə kartofu mütləq xırdalayıb yedizdirmək lazımdır. Bişmiş kartof yedizdirilməsi daha sərfəlidir, ona görə ki, o, daha yaxşı həzm olunur. Çiy kartof süd sağımının artırılmasına daha yaxşı təsir edir.

Qüvvəli yemlərin normasını sağımdan asılı olaraq müəyyən etmək, sağılmış südün hər litrinə görə vermək olar.

İnəyə bacardıqca çox qarışıq yem yedizdirməyə çalışanlar səhv edirlər, onlar düşünürlər ki, bu yolla məhsuldarlığı yüksəltmək olar. Həddindən artıq qüvvəli yem yedizdirilməsi maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır, inək piylənməyə başlayır, pis mayalanır, süd sağımı aşağı düşür.

Çox süd verən inəklərə qüvvəli yemlərin bir hissəsini mayalanmış şəkildə yedizdirmək çox xeyirlidir. Qüvvəli yemlərin sutkalıq norması sağımların sayına görə yedizdirilir.

Diri çəkisi 500 kq və gündəlik süd sağımı 15 1 olan sağmal inəyə gündə ən azı 10 kq yaxşı quru ot, 25-30 kq şirəli yem, 2,5-3 kq qüvvəli yem, 50 q xörək duzu vermək lazımdır. Sağmal inəyin yemləndirərkən nəzərə almaq lazımdır ki, bəzi yemlər südün və süd məhsullarının keyfiyyətinə mənfi təsir göstərir, ona görə də onları müəyyən miqdarda yedizdirmək lazımdır.

Yayda sağmal inəkdən ötrü əsas yem yaşıl otdur. Yaxşı otlaqda əlavə yem vermədən inəkdən sutk Az məhsuldar otlaqlarda otarılan inəklər biçilmiş otla əlavə yedizdirilir. Südünü qurutmuşlara və 8 kq-a qədər süd verən sağmal inəklərə gündə otlaq yeri ilə birlikdə 40-45 kq yaşıl ot, süd sağımı 10-12 kq olanlara 45-55 kq, 14-16 kq süd verənlərə 55-60 kq, 18 kq və çox süd verənlərə isə 60-70 kq yaşıl ot yedizdirilməlidir.

Biçilmiş yaşıl otda tez-tez elə bitkilərə rast gəlinir ki, onların yeyilməsi heyvana zərər gətirə bilir, süd məhsuldarlığını aşağı salır. Yağışdan, yaxud güclü şehdən sonra, həmçinin acqarına yeyilmiş yaşıl şirəli yonca zəhərlidir. Paxlalar və ağ, sarı, göy lüpinin (acıpaxlanın) yaşıl bitkiləri, həmçinin toxumları və küləşi xüsusən quraq illərdə zəhərlidir.

İnəyin bəzən həvəslə yediyi bir çox bitkilər südün və süd məhsullarının keyfiyyətini aşağı salır, ona görə də inəyin sahibi bu bitkiləri tanımalıdır ki, onların çox miqdarda inəyə yedizdirilməsinə yol verməsin. Belə bitkilərə aiddir: bataqlıq sunərgizı - süd sağımını aşağı salır; ada 15 kq süd əldə edirlər. Daha çox süd verən inəyə əlavə qüvvəli yem verirlər.

Adi dovşankələmi-süd asanlıqla pıxtalaşır, yağ pis çalxalanır; adi bozalaq - süd və ət iylənir; ximirçəkli südləyən, günəbaxan, bostan, bağ südləyəni - süd qırmızımtıl rəng alır, xoşagəlməz iy verir, süd sağımları aşağı düşür; bataqlıq və meşə yaddaşçiçəyi - süd göyümtül rəng alır; adi dağtərxunu (çöl quşarmudu) - süd acı kamfora iyi verir; yovşan - südə acı dadı verir; dərman çobanyastığı - südün dadını pisləşdirir (quru halda zərərsizdir); yabanı turp - südə turp dadı verir; adi qamış, bataqlıq-qatırquyruğu - südə bataqlıq dadı, göyümtül rəng verir, süd sağımları azalır; turşəng  (qüzüqulağı) - südə turş dad verir; çöl yarğanotu (quştərəsi) - südə sarımsaq iyi yerir, süd sağımları aşağı düşür. Güclü iylənən bitkiləri lazım gəldikdə sağımdan dərhal sonra yedizdirmək olar ki, gələn növbəti satıma qədər ən azı yeddi saat keçsin.

İnək təxminən üçüncü doğuma qədər boy atır, ona görə də cavan inəyi bol yemləmək lazımdır ki, ondan yüksək süd sağımları əldə edilsin və onun gələcək böyüməsi ləngiməsin.

Təzə doğmuş inəklərə xüsusi diqqət verilməlidir, doğuşdan iki həftə sonra yelin normaya düşən kimi onlar geniş sağım qaydası ilə yemləndirilməlidir. Bu inəklərə avans yem verilməsini, yelinin massaj edilməsini və onların vaxtında suvarılmasını nəzərdə tutur. Mastiti (yelin iltihabı) olan çətin sağılan inəklərdə yelinin masajı xüsusi diqqətlə aparılmalıdır.